Ermənistan tərəfi ənənəvi olaraq şantaja keçib - Politoloq açıqladı
"Ermənistanın Azərbaycana qarşı cinayətləri davam edir".
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ermənistan qoşunlarının bir hissəsi 10 noyabr Birgə bəyannamənin 4-cü bəndinə zidd olaraq Azərbaycan ərazisinin bir hissəsində qalmaqdadır, təbii ki, Rusiya "sülhməramlı" hərbçilərinin müvəqqəti nəzarət etdiyi ərazilərdə:
"Ermənistan ordusunun Qarabağın bir hissəsində qalması cinayətdir. Onlar Azərbaycan əsgərini öldürmək və cinayətlərini davam etmək üçün Qarabağdan çıxmırlar. Bütün baş verənlərdə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır.
Ermənistan tərəfi ənənəvi olaraq şantaja keçib və Cenevrədə sülh danışıqlarını pozmağa cəhd edirlər.
Bundan əlavə, Azərbaycan əsgəri erməni hərbiçilərinin döyüş postuna əks-hücuma keçirsə erməni əsgərlərini öldürməlidir. Burada hərhansı bir hərbi cinayət yoxdur. İşgəncə verilməyərək güllələnmə normaldır. Əsrlərə işgəncə vermək erməni propaqandasıdır".
Xəyalə Məmmədova / Demedia.az