İnsanlardan küsdüyü üçün meşəyə qaçdı - Başına gələnlərdən şok olacaqsınız



 21:05 03.10.2022     961

Sənədli filmlə həyatı dəyişən Ellie Zanzimanın çox maraqlı tarixçəsi var. Real həyatda “Mauqli” kimi tanınan Zənzimanın hekayəsi ilə yaxından tanış olaq. 

1999-cu ildə doğulan Elli Zanziman digər körpələrdən xeyli fərqlənirdi. Çünki körpənin başının gözlənildiyindən çox kiçik olmasına səbəb olan mikrosefaliya xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən fiziki görünüşünə görə həyatının hər sahəsində zorakılığa məruz qalıb.

Həm də Ellinin məktəbə getməsinə icazə verilmədi, çünki kənd ağsaqqalları onun təhsil almaq üçün zehni qabiliyyətinin olmadığına inanırdılar. 
Təhsil almasına icazə verilməyən və həyatının hər sahəsində zorakılığa məruz qalan Zənziman kəndini tərk edərək, meşədə yemək axtarmağa başlayır.

O, görünüşünə görə həyatını acınacaqlı edən insanlardan qaçıb doğma Ruandaya qayıtmışdı. İnsanlardan uzaq olmaq, təbiətlə tam təmasda yaşamaq da onun danışmağı unutmasına səbəb olub. Yaxın keçmişdə Zənzimanı vəhşi heyvanlarla birlikdə ot və banan yediyini görmək mümkün idi. Zənziman müəyyən mənada Rudyard Kiplinqin hekayəsindəki əsas personaj Mauqliyə bənzəyirdi.

Həyat tərzinə və görünüşünə görə ona "meymun" deyirdilər. Lakin çəkiliş qrupu Afrikaya onun haqqında sənədli film çəkmək üçün gələndə Ellinin həyatı kəskin şəkildə dəyişdi. Lakin sənədli film yayımlandıqdan sonra Afrimax TV, Zənziman və anası üçün yeni bir həyat qurmaq üçün dünyanın hər yerindən tamaşaçılardan böyük ianə alan GoFundMe səhifəsi yaratdı. Bütün bu ianələr onu Ruandadakı Ubumve İcma Mərkəzindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbə göndərmək üçün istifadə olunub. Elli indi ailəsi ilə birlikdə kəndə qayıdır və təhsil almağa başlayır.
Həmçinin, sənədli filmin nümayişindən sonra həyatı kəskin şəkildə dəyişən gənclə şəkil çəkdirmək üçün insanlar növbəyə düzülür. Zənzimanın anası deyib:

“Oğlumun bu dəyişməsi sözün əsl mənasında möcüzədir. Onu ələ salırdılar, mən də tez-tez arxasınca qaçırdım. O, indi həmyaşıdları ilə birlikdə məktəbdədir və mən çox xoşbəxtəm”.

Aysun / Demedia.az