Tarlasında qazıntı apardı, sərvət qazandı... - ŞOK HADİSƏ



 21:30 03.10.2022     586

Türkiyənin Manisa şəhərinin Salehli rayonunda zeytun və badam ağacları əkmək üçün torpağı qazan fermer inanılmaz mənzərə ilə qarşılaşıb.

Demedia.az xəbər verir ki, 40 yaşlı Mustafa Yüksel qazıntı zamanı torpağında neft tapıb. 

Bir neçə gün əvvəl əraziyə gələn TPAO Adıyaman Region Müdirliyi qrupları, ehtiyat iş üçün quyu qazacaqları yeri təyin edib. Yeni il ərəfəsində buruq üçün ilk qazma işləri aparılacaq. 

Fermer bildirib ki, bundan sonra bizim məhəllədən torpaq almaq istəyənlərin sayı artıb:

"Mənim tarlamı almaq istəyənlər də var. Bir iş adamı əkinçiliklə məşğul olmağa can atırdı. 50 milyon dollar təklif etdi".

Aysun / Demedia.az