Hər səhər acqarına su içsək nə baş verər? - Araşdırma
Elm adamları açıqlayıb ki, dünyada ən uzunömürlü insanlar yaponlardır. Bunun da səbəbi yaponların hər səhər acqarına bolluca su içmək adətidir.
Acqarına su içməyin faydalarını saymaqla bitməz. Yenə də mütəxəssislər səhər acqarına içilən suyun faydalarını sistemləşdirməyə çalışıb.
Beləliklə, səhər yuxudan duran kimi bolluca su içmək:
-mədə və mədəaltı vəzi xəstəliklərinə yaxşı təsir edir;
-bağırsaqları təmizləyir;
-sidik yolunda iltihablanmanın qarşısını alır;
-böyrəkləri sağlam saxlayır;
-orqanizmdə maddələr mübadiləsini sürətləndirir;
-günə daha enerjili başlamağa kömək edir;
-gün ərzində hərəkət etmə istəyini artırır;
-dərini təravətləndirir və nəmləndirir;
-saçları sağlamlaşdırır, saç dibini möhkəmlədir;
-immuniteti möhkəmlədir;
Bir də suyun nizamlı içilməsi məsələsi var. Yarım əsrdən çoxdur mütəxəssislər buna diqqət çəkməyə çalışır. İndi sizə suyu nə vaxt içmək və içməmək gərəkdiyini açıqlayacağam. Öz sağlamlığınız naminə daha diqqətli olmağa çalışın.
Su nə zaman içilməlidi?
Susuzluq hiss edən kimi;
ət yedikdən sonra;
yağlı yedikdən sonra;
qorxduqda;
səhər yataqdan qalxdıqda;
yatmazdan öncə;
yemək arasında;
Nə zaman su içmək olmaz?
hamamdan çıxdıqdan sonra su içmək olmaz: bu zaman orqanlarda sürətlə yaşlanma baş verir;
acılı yeməkdən sonra su içmək mədə və bağırsaq rahatsızlığına səbəb olur;
yuxu arasında su içmək beyinə pis təsir edir;
meyvə yedikdən sonra su içmək olmaz: orqanizmdə turşuluq yaradır;
qaçıb yorulduqdan sonra su içmək olmaz: qaraciyər və dalaq böyüyür;
şirniyyat yedikdən sonra su içmək olmaz: qanda şəkəri yüksəldir;
qusduqdan sonra su içmək olmaz;
süfrədə yeməkdən əvvəl və yeməkdən həmən sonra su içmək olmaz;
Xüsusi qeyd edim ki, səhərlər acqarına içilən suya yarım limon sıxsanız, vücudunuzun toksinlərdən tamamilə təmizləndiyindən əmin ola bilərsiniz.
Bahadur Seyidov / Demedia.az