İranın Azərbaycanı artıq açıq şəkildə hədəfə alması... - Politoloq
"Azərbaycanı təhdid edənlər bundan sonra bəyanatlatında diqqətli olsunlar".
Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmdəov deyib.
O bildirib ki, hələ 2020 ci ilin yay aylarında qeyd edirdik ki, qarşıdakı aylarda Azərbaycana qarşı təzyiqlər, ermənilər vasitəsilə hərbçilərimizə hücum rəsmi Bakını xarici siyasətdə balansı kənara ataraq Türkiyə ilə ciddi müqavilələr bağlamağa vadar edə bilər:
"Belə də oldu. 102 il sonra Türkiyə Qafqazda hərbi - siyasi formada təmsil olunmağa başladı, Müdafiə nazirliyində ciddi kadr və struktur islahatları başladı, Şuşa Bəyannaməsi imzalandı.
Son bir neçə ayda İranın Azərbaycanı artıq açıq şəkildə hədəfə alması, İranın generallarının hərbçilər qarşısında Azərbaycana meydan oxuması, rəsmi Bakının İsraillə əməkdaşlığında heç bir durdurulası və ya gözləyəsi məqamın qalmaması ilə nəticələnməli idi. Tehranın Azərbaycan və Ermənistan sərhəddində son hərbi toqquşma zamanı ermənilərə verdiyi fiziki dəstək !!!! ( ilk dəfə 44 günlük müharibədə və daha sonra iki il sonra daha radikal formada təkrarladılar),cavabsız qalmamalı idi və qalmadı da. Bundan sonra, İran əsgəri Azərbaycan və Ermənistan arasında baş tutacaq mümkün toqquşmada addımlarını yüz dəfə ölçər.
Bizi "Bakı dövləti" adlandıraraq dövlətimizi və onun atributlarını təhqir edənlər, paytaxtda cənub küləyinə qarşı ciddi səddin çəkildiyini görmüş olacaqlar".
Xəyalə Məmmədova / Demedia.az