"İsrail Hindistandan Ermənistana silah satışını dayandıra bilər" - DETALLAR
"İsraillin müdafiə naziri B. Qantz ölkəmizdə səfərdədir. Bu səfər ölkəmizə qarşı son günlər müəyyən mərkəzlər tərəfindən təzyiqlər fonunda reallaşır".
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqlara qarşı Iran, Fransa qəbul etmək istəmir:
"Azərbaycana qarşı yeni siyasi təhdidlər həyata keçirilir.
Bundan əlavə, Hindistandan Ermənistana silah satışı həyata keçirilməsi istiqamətində işlər aparılır. İsraillə Hindistandan arasında birgə silah istehsalı müəssisəsi var. Azərbaycan məhz İsrailin müdafiə nazirinin səfərində Hindistandan Ermənistana silah ixracının qarşısını alınması istiqamətində Dehliyə təzyiq edilməsi istənilməlidir. İsrail Hindistandan Ermənistana silah satışını dayandıra bilər".
Xəyalə Məmmədova / Demedia.az