“Rusiya kosmosda yeni müharibəyə başlaya bilər” - Toni Radakin
“Rusiya kosmosda yeni müharibəyə başlaya bilər”.
Demedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi Toni Radakin açıqlama verib. O bildirib ki, Moskva Qərbin infrastrukturunu hədəfə almaq üçün kosmos üzrə silahlardan istifadə edə bilər. Radakinin sözlərinə görə, Rusiyanın kosmosda bunu bacara bilən bacarıqları var. Radakin Rusiyanın Böyük Britaniya üçün təhdid olduğunu ifadə edib:
“Bunun bir nümunəsini müşahidə etmişdik. Rusiya kosmosda bir aparatı partlatmaqla qalıqlar yaratdı. Rusiyanın nüvə bacarıqları var, Rusiyanın sualtı bacarıqları var”.
Bahadur Seyidov