Pakistanda 5,7 milyon insan qida böhranı ilə üzləşib - BMT
Pakistanda baş verən sel fəlakətindən sonra 5,7 milyon insan qida böhranı ilə üzləşib.
Demedia.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən açıqlama verilib. Bildirilib ki, sel bəzi yoluxucu xəstəliklərin də əyalətlərə yayılmasına səbəb olub. Müvəqqəti düşərgələrdə yüz minlərlə insan var. Onların 130 mini hamilə qadınlardır.
Qeyd edək ki, Pakistana sel fəlakəti ilə bağlı çox sayda ölkə və BMT 131-dən çox təyyarə ilə humanitar yardım göndərib. Bununla belə fəlakətdən zərər çəkən sakinlər çox az yardım aldıqlarını ifadə ediblər. Pakistan hökuməti sel fəlakətinin ölkəyə 30 milyard ziyan vurduğunu açıqlayıb.
Bahadur Seydiov