Filippin və ABŞ ordusu birgə hərbi təlimlərə başlayıb
Filippin və ABŞ ordusu birgə hərbi təlimlərə başlayıb.
Demedia.az xəbər verir ki, təlimlər Luzon adası ətrafında keçirilir. Məlumata görə, təlimlərin məqsədi regionda mümkün böhrana cavab verə bilmək üçün hərbçilərin bacarıqlarını artırmaqdır. Təlimlərə Filippindən 600, ABŞ-dan isə 1900 hərbçi cəlb edilib. Həmçinin təlimlərdə döyüş təyyarələri və müdafiə sistemləri də test edilir.
Qeyd edək ki, ABŞ eyni zamanda Hokkaydo adası sahillərində Yaponiya ordusu ilə birgə təlimlər keçirir.
Bahadur Seyidov