Livanda sakinlər pullarını almaq üçün banka hücum ediblər



 14:45 04.10.2022     336

Livanda 3 ildir hesabları dondurulan 4 vətəndaş banka hücum edərək, pulları geri alıb.

Demedia.az xəbər verir ki, onlar Beyrutdakı banka hücum edərək 11 min dollar ələ keçiriblər. Hadisədən sonra dərhal polislər əraziyə gəlib. Pullarını geri alanlar barədə hansı tədbirin həyata keçirildiyi məlum deyil.

Qeyd edək ki, Livanda 2019-cu ildə iqtisadi böhrandan sonra sakinlərin bankdakı əmanətləri dondurulub. Bundan sonra sakinlər banka hücum edərək, pullarını geri almağa çalışırlar. Bir neçə sakin buna müvəffəq olub.

Bahadur Seyidov