Səfərbərlikdən sonra 200 mindən çox rus Qazaxıstana səfər edib



 17:12 04.10.2022     263

Rusiyada qsimən səfərbərlik elan edilən sonra 200 mindən çox rus Qazaxıstana daxil olub.

Demedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, Rusiyadan səfər edənlərlə bağlı vəziyyət nəzarət altındadır. Bununla belə, Qazaxıstandan 147 min Rusiya vətəndaşı çıxış edib. 68 rus Qazaxıstan vətəndaşlığı almaq üçün müraciət edib. Məlumata görə, səfərbərlikdən sonra sərhəddə sıxlıq müşahidə olunsa da, indi nisbətən səngiyib.

Rusiyadan Qazaxıstana daxil olan vətəndaşların sayı da artıq azalıb.

Bahadur Seyidov