ABŞ-ın məşhur şirkəti Rusiyadakı fəaliyyətini dayandırdı
ABŞ-ın tanınmış texnologiya şirkəti “Nvidia” Rusiyadakı bütün fəaliyyətlərini dayandırıb.
Demedia.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Bildirilib ki, şirkət faəliyyətini dayandırsa da, ofislər hələki bağlanmayıb. Məlumata görə, ofislərin açıq saxlanılmasına səbəb orada işləyən işçilərə dəstəyin verilməsidir. Şirkətdən bildirilib ki, işçilər digər ölkələrdə fəaliyyətlərini davam etdirə biləcəklər.
Qeyd edək ki, Ukrayna müharibəsindən sonra bir sıra şirkətlər Rusiyadan çəkilib.
Bahadur Seyidov