Qaraciyər xəstəliyinin ən mühüm səbəbi... - DİQQƏTLİ OLUN
Piylənmənin artması ilə paralel olaraq qaraciyər yağlanması da daha çox yayılıb.
Demedia.az-ın məlumatına görə, iş o yerə çatıb ki, hər 4 nəfərdən birində alkoqoldan qaynaqlanmayan qaraciyər yağlanması var.
Yediklərimizi bədənimizin istifadə edə biləcəyi qidalara çevirir. Protein qan laxtalanma faktorlarının, fermentlərin, hormonların və zülalların istehsalında rol oynayır. Həyati əhəmiyyət kəsb edən qaraciyərdə müəyyən qədər yağın olması normaldır və sağlamlıq üçün təhlükə yaratmır. Ancaq qaraciyərdə yağ nisbəti yüzdə 5-dən yuxarı qalxarsa, bu, "yağ qaraciyəri" olaraq təyin olunur.
Dünyada ən çox rast gəlinən xroniki qaraciyər xəstəliyi olan yağlı qaraciyər xəstəliyinin ən mühüm səbəbi günümüzün mühüm sosial problemi olan piylənmədir.
Orta hesabla 84 milyon əhalisi olan Türkiyədə təxminən 20 milyon insanın qaraciyər yağlanması problemi olduğu təxmin edilir.
Qaraciyərin "məkrli xəstəliyi" olaraq təyin olunan yağlı qaraciyər xəstəliyinin serroza çevrilənə qədər heç bir əlamət göstərmədiyi üçün erkən dövrdə müalicəsinin həyati əhəmiyyət daşıyır.
Lazım gələrsə qaraciyərdə fibroz və yağlanma mərhələsini göstərən fibroscan testlərinin olması onlar üçün son dərəcə əhəmiyyətlidir. Çünki xəstəliyin erkən diaqnozu qoyulduqda tətbiq edilən müalicələr sayəsində siroza, dolayısıyla orqan çatışmazlığı və qaraciyər xərçənginə çevrilməsinin qarşısı alına bilər.
Aysun / Demedia.az