Yaponiya rus diplomatı ölkədən qovdu
Yaponiya hökuməti Vladivastokdakı diplomatının Rusiyadan qovulmasına cavab verib.
Demedia.az xəbər verir ki, Tokio Moskvanın həmləsinə cavab olaraq, Hokkaydo əyalətində fəaliyyət göstərən rus diplomatı ölkədən qovub. Məlumata görə, Yaponiya hökuməti rus diplomatın ölkədən çıxması barədə tələbini Moskvaya çatıdırıb. Ölkədən qovulan rus diplomatın adı açıqlanmır.
Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yaponiyanın Vladivastok Konsulluğunda işləyən diplomatı cəsusluq şübhəsi ilə nəzarətə götürmüşdü. Ardınca diplomat Rusiyadan qovulmuşdu.
Bahadur Seyidov