Ərdoğan sayəsində aclıq böhranının qarşısı alındı - Van der Bellen
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sayəsində Afrika və Yaxın Şərqdə aclıq böhranının qarşısı alındı”.
Demedia.az xəbər verir ki, bu barədə Avstriya Prezidenti Van der Bellen açıqlama verib. O bildirib ki, taxıl sazişi olmasaydı ciddi çətinliklər yaşana bilərdi. Prezidentin sözlərinə görə, Türkiyə Ukrayna müharibəsində çox vacib işlərə imza atıb. Van der Bellen BMT-nin də sazişdəki səylərini xatırladıb.
Qeyd edək ki, taxıl sazişindən sonra Ukrayna limanlarından 5 milyon tondan çox taxıl dünya bazarlarına çıxarılıb.
Bahadur Seyidov