İspaniyada quraqlıq su böhranına səbəb oldu
İspaniyada quraqlıq su böhranına səbəb olub.
Demedia.az xəbər verir ki, ölkənin cənubunda yerləşən şəhərlərdə su qıtlığı yaranıb. Xüsusilə Sevilyada su çatmır. Rəsmi dairələr sakinlərə sudan yalnız vacib ehtiyaclar üçün istifadə etmək barədə xəbərdarlıq edib. Bununla bağlı qərar qəbul edilib.Sakinlər gündəlik 90 litr sudan istifadə edə bilər. Bildirilir ki, su anbarlarında ehtiyatlar azalıb. Açıqlamaya görə, yeni qaydaları pozanlar cəzalandırılacaq.
Qeyd edək ki, İspaniyada son 30 ilin ən quraq mövsümü qeydə alınıb.
Bahadur Seyidov