Rusiya ilhaq etdiyi Ukrayna torpaqlarından 5 milyon ton taxıl götürəcək



 14:29 05.10.2022     369

Rusiya ilhaq etdiyi Ukrayna torpaqlarından 5 milyon ton taxıl götürəcək.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfati naziri Dmirtiy Patruşev açıqlama verib. O bildirib ki, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində geniş taxıl sahələri var. Patruşev Rusiyanın həmin ərazilərlə bağlı bəzi tədbirlərin görəcəyini ifadə edib. Onun sözlərinə görə, həmin ərazilərdəki bəzi məhsulların Rusiyaya daşınmasına başlanılıb. Nazir qeyd edib ki, Rusiya ərazidə şəraitin yaxşılaşdırılması üçün lazımi tədbirləri həyata keçirəcək.

Bahadur Seyidov