Qrip haqqında 6 mif - Araşdırma
Qrip xəstəlikdirmi? Çətin sualdır... Bir çoxları bu sualın cavabını çoxdan hazırlayıb: “Yox!” Bəs, “Hə!” deyənlər?
Bu videomuzda qrip haqqında yanlış bilinən 6 mifdən danışacağam. Və bu miflərin niyə yanlış olduğunu izah edəcəyəm.
Bill Bryson “Hər şeyin qısa tarixi” adlı kitabda yazır: “Birinci Dünya Müharibəsində həlak olan amerikalı əsgərlərin 80%-i düşmən gülləsindən deyil, qripdən öldü”. Bəli, qrip də can ala bilir. Ona görə də qrip haqqındakı hansı mifin yanlış olduğunu bilməliyik ki, özümüzü qoruya bilək.
1-ci mif: Qrip xəstəlik deyil. Əslində isə, qrip virus tərəfindən yaradılır və nəfəs yollarının kəskin virus infeksiyası xəstəlikləri qrupuna daxildir.
2-ci mif: İnsan özünü yaxşı hiss edirsə, qrip yaya bilməz. Yanlışdır. 30% faiz insanlar xəstəliyin əlamətlərini hiss etməsələr belə, xəstəlik yaya bilirlər.
3-cü mif: Qrip hava, damcı yolu ilə keçir. Amma, qripə yoluxmanın ən riskli yolu xəstə insanın əlini sıxmaqdır. Risk göstəricisində ikinci yerdə xəstə insanların toxunduğu qapı dəstəyi və digər əşyalarla təmasda olmaqdır. Çünki, qrip virusu həmin predmetlərdə 72 saat yaşaya bilir. Hava yolu ilə yoluxma bu sırada yalnız üçüncü yerdədir.
4-cü mif: Qripin səbəbi soyuqdəymədir. Əslində isə qripə yolxumanın yalnız bir səbəbi var; xəstə insanla təmas.
5-ci mif: Antibiotiklər qripi sağaldır. Düzgün deyil. Qrip xəstəliyində antibiotiklər demək olar ki, təsirsizdir. Onlar antibakterial vasitələrdir və yalnız qrip nəticəsində zəifləmiş orqanizmdə baş qaldıran bakteriya infeksiyalarına qarşı mübarizədə kömək edir.
6-cı mif: İki dəfə ard-arda qripə yoluxmaq olmur. Xəstəlikdən həmən sonra orqanizm qrip ştammına qarşı immunitet yaradır, ancaq virus da daim mutasiyadadır. Yəni, yenidən xəstələnmək riski hər zaman var.
İndi isə keçək qrip haqqında ən maraqlı faktlara. Qripin ilkin əlaməti bədən temperaturunun qəfil 38,5-390C-yə qalxmasıdır. İkinci əlamət burun tutulmasıdır. Bunun səbəbi də çox qəribədir. Qripə yoluxan orqanizm toksinlərə məruz qalır və burun boşluğu zədələnmiş hüceyrələrlə dolur. Qripə yoluxandan, ən azı, 2-3 gün sonra klassik burun axması başlayır. Amma burun axmasının səbəbi virus deyil, orqanizmin zəifləməsindən istifadə edərək hərəkətə keçən bakteriyalardır.
Qrip zamanı asqırdıqda və ya öskürdükdə viruslu tüpürcək saatda 16 km sürətlə ətrafa səpələnir. Qrip virusu dondurulsa da, məhv olmur. Hətta, 00C temperaturda 1 ay yaşaya bilir. Ona görə də xəstəliyin ən pik dövrü yaz-payız aylarında, bir gün isti-bir gün soyuq keçən günlərdə olur.
Kağız pullarla əməkhaqqınızı alanda, plastik kartla pul çıxaranda belə qripə yoluxa bilərsiniz. Alimlər sübut edib ki, kağız pullar qripin yayılmasında önəmli vasitələrdən biridir. Çünki, kağız pulda qrip virusu 2 həftədən çox yaşaya bilir. Artıq bəzi ölkələrdə kağız pulların istehsalında antiseptik xüsusiyyətli məmulatlardan istifadə edilir. Yaponiyada isə pulu 2000C temperaturda, xüsusi yuyucu maşında yuyurlar.
Qripin müalicəsi də bu gün problemə çevrilib. Kiçikdən böyüyə hamının məruz qaldığı qripdən yaxa qurtarmaq üçün hərə bir yola əl atır. Kimi türkəçarə üsullarına, kimi də apteklərdə bütöv bir rəfi tutan dərman preparatlarına üz tutur. Amma, mütəxəssislər sübut edib ki, bütün bu cəhdlərin 90%-i yalnız qrip xəstəliyinin simptomlarını aradan qaldırmağa yarayır.
Qrip virusunun orqanizmdən xaric edilməsini təmin edən az sayda preparatdan biri də AnviMaks`dır. O, orqanizmə daxil olan virusun hüceyrə nüvəsinə hücum etməyinin qarşısını alır. Üstəlik, alfa və qamma interferonlarının hasilatını sürətləndirir. AnviMaks`ı qəbul etdikdən 18 saat sonra orqanizm qrip viruslarından tamamilə azad olur. Bir sözlə, AnviMaks qripin simptomlarından deyil, özündən yaxa qurtarmağa kömək edir
Pəhriz proqramında olan və ya hər gün sükan arxasına keçən insanlar da AnviMaks`dan ürək rahatlığı ilə istifadə edə bilər. Preparat heç bir xroniki yorğunluğa səbəb olmur, toksik əlamətlərə malik deyil.
Tərkibində P vitamini, C vitamini, kalsium-qlükonat monohidrat, rimantadin hidroxlorid kimi orqanizm və immun sistemi üçün vacib olan elementlər var. P və C vitaminləri bir-birinin təsirini gücləndirir. Bu səbəbdən həkimlər onları birlikdə qəbul etməyi tövsiyə edir.
Dərman reseptsiz buraxılır. Optimal nəticələrə nail olmaq üçün təlimatda göstərilən bütün tövsiyələri yerinə yetirmək lazımdır.
AnviMaks daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz halında dərman preparatıdır. Limonlu AnviMaks virus əleyhinə və interferonogen, qızdırmasalıcı, iltihabəleyhinə, ağrıkəsici, antihistamin, angioprotektor təsirlərə malikdir.
İstifadə qaydası: AnviMaks paketi bir stəkan qaynar suya əlavə olunur, qarışdırılır və qaynar halda gündə 2-3 dəfə yeməkdən sonra qəbul edilir.
Böyüklərdə və 12 yaşdan böyük uşaqlarda qrip, KRVİ, tənəffüs yollarının virusla zədələnməsi nəticəsində qızdırmalı vəziyyətlərin etiopatogenetik və simptomatik müalicəsində əvəzsizdir.
Bahadur Seyidov / Demedia.az