Baqerinin Azərbaycana qarşı təhdid xarakterli çıxış etməsi... - Politoloq



 11:06 05.10.2022     617

"Xamneyi dünən İrandakı etirazlarla bağlı ilk dəfə rəsmi açıqlama verdi və “iğtişaşlar öncədən Amerika və İsrail tərəfindən təşkil edilib” deyə iddia etdi; İsrailin müdafiə naziri Azərbaycana gəldi və Baqeri Bakıya zəng etdi".

Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, bu üç hadisə İranın niyyətini ortaya çıxarır:

"Etirazları xarici qüvvələrə bağlamağa çalışan Tehran Qansın Bakıya səfərinə də bu kontekstdə baxır, yaxud bu səfəri Xamneyinin “Amerika və İsrailin planıdır” iddiasını inkişaf etdirmək üçün fürsət bilirlər.

Xamneyinin açıqlamasından sonra rejimin etirazları yatırmaq üçün maksimum gücdən istifadə edəcəyi aydın görünür, lakin “xarici qüvvələr” iddiasını əsaslandırmaq istiqamətində də çalışacaqlar.

Və bu prosesdə Azərbaycanın üzərinə gələcəkləri ehtimalı böyükdür: Qansın Bakıya gəlişindən həm daxili etirazları “xaricə” bağlamaq, həm də sərhəd məsələsində Bakıya təzyiq etmək üçün isifadə edə bilərlər;

Baqerinin bir neçə gün öncə Azərbaycana qarşı təhdid xarakterli çıxışı da onun Bakıya zənginin xoş niyyət daşımadığı fikrini önə çıxarır".

Xəyalə Məmmədova / Demedia.az