Erməni toplumunda nifrət, türk-fobiya dövlət siyasətidir - Şərh
"Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi müharibə və hərbi cinayətlər göz qabağındadır. Xocavənddə aşkar edilən toplu məzarlar, əsirlərimizə, şəhidlərimizə qarşı işgəncələri saymaqla bitirmək olmaz. Erməni toplumunda nifrət, türk-fobiya dövlət siyasətidir".
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, erməni hərbçilərinin müharibədən sonra Azərbaycan ərazisinə diversiya edərək təminat yollarına mina basdırması, hərbi cinayətdir:
"Hələ də işğaldan azad olunmuş ərazilərdə minaları təmizləyib, bitirmək olmur. Azad etdiyimiz ərazilərdə şəhər və kəndlərin yer üzündən silinməsi, toplu məzarlıqlar faktdır. 12-14 senytabrda ermeni diversiya qrupunun əsgərlərimizi şəhid etməsini görməzdən gələnlər, Azərbaycan əsgərini ittiham edənlər rədd olun ölkəmizdən gedin, Ermənistanda yaşayın. Sizlərin bu ölkədə yaşamaq haqqı yoxdur.
"Azərbaycan Ermənistana hücum edib", Azərbaycan əsgəri erməni əsgərini öldürdü - çağırışlarını edənlər rədd olun gedin ölkədən. Gedin Ermənistana və ermənilərlə yaşayın. Bu ölkənin suyu və çörəyi sizə haramdı".
Xəyalə Məmmədova / Demedia.az