Özündən 33 yaş kiçik arvadını öldürdü - SƏBƏBİ...



 17:33 05.10.2022     852

Ankarada Muzzafer Çorap (77) qısqanclıq zəminində mübahisə etdiyi əri Dilek Çorapı (40) öldürüb.

Demedia.az xəbər verir ki, tapança ilə hadisəni törədən şəxs polisə təslim olub.

Hadisə səhər saatlarında Etimesgut rayonu Kazım Karabəkir Məhəlləsində baş verib. Muzaffer Çorap həyat yoldaşı Dilek Çorapla qısqanclıq zəminində mübahisə etməyə başlayıb. Muzaffer Çorap mübahisə zamanı ona hücum etdiyini iddia etdiyi həyat yoldaşı Dilek Çorapa 7 dəfə atəş açıb.

Daha sonra Çorap polisə zəng edərək həyat yoldaşını öldürdüyünü və təslim olmaq istədiyini bildirib. Muzaffer Çorap polis tərəfindən saxlanılıb. 

Muzaffer Çorap ilk ifadəsində həyat yoldaşı ilə qısqanclıq zəminində mübahisə etdiklərini, özünü təhqir edərək hücum etdiyini və buna görə də onu öldürdüyünü bildirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysun / Demedia.az