Milyonda bir ehtimal BAŞ TUTDU - Həyatı 1 saatda dəyişdi
Türkiyənin Osmaniyə bölgəsində lisey şagirdi olan P.D. (16) qızdırma və qarın ağrısı səbəbilə sentyabrın 13-də ailəsi tərəfindən xəstəxanaya göndərilib.
Demedia.az xəbər verir ki, xəstəxanada qızdırması salınan və ağrıkəsici dərmanlar verilən gəncin problemi davam edib və atası sentyabrın 18-də onu başqa xəstəxanaya aparıb.
Özəl xəstəxananın təcili yardım xidmətinin həkimi P.D-nin vəziyyətindən şübhələndikdə “Təcili Adana Şəhər Xəstəxanasına get” təklifini verib. Həmin gün Adana Şəhər Xəstəxanasına aparılan P.D-də sarılıq əlamətləri görən həkimlər edilən müayinələr nəticəsində qaraciyər çatışmazlığı müəyyən edib.
Reanimasiya şöbəsinə yerləşdirilən P.D-nin müalicəsi davam edərkən, təcili qaraciyər transplantasiyasına qərar verilib. Təxminən bir saat sonra sistem idarəçiləri Trabzonda eyni gündə beyin ölümü keçirən və orqanları ailəsi tərəfindən bağışlanan şəxsin qaraciyərini bu şəxsə köçürülməsinə qərar verib.
Bunun üzərinə, eyni zamanda Adana Şəhər Xəstəxanasının baş həkimi olan Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Süleyman Çətinkunarın rəhbərlik etdiyi komanda Səhiyyə Nazirliyinə məxsus təyyarə ilə Trabzona getmək üçün sentyabrın 19-da saat 03:00-da havaya qalxıb. Trabzondan götürülən qaraciyər səhər saatlarında Adanaya çatdırılıb və transplantasiya əməliyyatına başlanılıb.
Reanimasiya Mütəxəssisi Dr. Nurdan Ünlünün ardından 3 gün reanimasiyada qalan P.D. Sentyabrın 21-də palataya köçürülüb. Müalicəsi davam edən gənc xəstənin vəziyyəti və atası M.D.-nin bir an belə yanından ayrılmadığı barədə məlumat verən Prof. Dr. Süleyman Çətinkünar, P.D.-nin qaraciyər transplantasiyasındakı prosesin orqan qrantının əhəmiyyətinə və bu mövzuda düzgün təşkilatlanmaya gözəl bir nümunə olduğunu söylədi.
Aysun / Demedia.az