ABŞ təyyarədaşıyan gəmini Koreya yarımadasına göndərir
ABŞ təyyarədaşıyan “USS Ronald Reagan” gəmisini Koreya yarımadası sahillərinə göndərir.
Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusundan açıqlama verilib. Bildirilir ki, bölgədən yeni çıxan hərbi gəmi geri qayıdır. Məlumata görə, buna səbəb Şimali Koreyanın ballistik raket testləridir.
Qeyd edək ki, Şimali Koreyanın atdığı ballistik raket Yaponiya səmasından keçərək, Sakit Okeanına düşüb. Bu test gərginlik yaradıb. ABŞ, Cənubi Koreya və Yaponiyanın birgə hərbi təlimlərinə cəlb edilən “USS Ronald Reagan” gəmisi, iki həftə əvvəl ada sahillərində idi.
Bahadur Seyidov