Avropa Birliyi Rusiyaya qarşı 8-ci sanksiya paketini tətbiq edir
Avropa Birliyi Rusiyaya qarşı 8-ci sanksiya paketinin tətbiq edilməsi üçün razılığa gəlib.
Demedia.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Bildirilir ki, sanksiya paketi Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın bəzi ərazilərini ilhaq etməsinə cavabdır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen bildirib ki, Putinin saxta referendumu və Ukrayna vilayətlərinin ilhaq edilməsi qəbul edilməyəcək. Onun sözlərinə Rusiya bu həmlələrinə görə cavab verməyə davam edəcək.
Qeyd edək ki, 8-ci sanksiya paketi Rusiyanın qurumlarına və iş adamlarına qadağaları əhatə edir.