Peskov Rusiya ordusunun ilhaq edilmis ərazilərdən çəkilməsinə münasibət bildirdi
“Rusiya ordusu çəkildiyi yerləri yenidən geri alacaq”.
Demedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O bildirib ki, Rusiyanın ilhaq etdiyi vilayətlərin bəzi kəndlərinin Ukrayna ordusunun nəzarətində olması müvəqqətidir:
“Ölkəmiz hüququ mənada böyüdü. Bu çox önəmlidir. Rusiya ordusunun həmin vilayətlərin bəzi ərazilərindən çəkilməsinə gəlincə, burada geri çəkilmə yoxdur. Bu torpaqlar əbədi olaraq Rusiyanın olacaq. Bəzi yerlər geri alınacaq”.
Bahadur Seyidov