Vitamin əskikliyi olduqda bədənimizdə nə baş verir? - Araşdırma
Vitamin və mineralların bədənimiz üçün vacib olduğunu bilirik. Az-çox məlumatımız var ki, orqanizmimizdə vitamin bolluğu sağlamlığımız üçün faydalıdır. Bəs vitamin əskikliyi olduqda bədənimizdə nə baş verir?
Ən maraqlı sual elə budur.
Vitamin çatışmazlığı zamanı orqanizmimiz bunu bizə bildirmək istəyir. Necə deyərlər, kiçik ipucları verməyə çalışır. Bu gün bir çox meyvə və tərəvəzdə bol miqdarda olan C vitaminindən danışacağam. Daha doğrusu, C vitamini çatışmazlığı zamanı vücudumuzun bizə göndərdiyi “mesajlardan”...
Yorğunluq: C vitamini immun sistemini gücləndirməklə yanaşı, antioksidan xüsusiyyətə də malikdir. Üstəlik, orqanizm üçün bolluca enerji qaynağıdır. Ona görə də C vitamini çatışmazlığı ən birinci daimi yorğunluqla özünü büruzə verir.
Səbəbsiz ağrılar: C vitamini sümük və əzələlərin sağlamlığı baxımından da önəmlidir. Təbii olaraq, əskikliyi sümük və əzələlərdə ağrılara səbəb olur.
Dəridə quruluq: C vitamini dəridə kollagen ifrazını, yəni, dərinin təravətlənməsini, dəri hüceyrələrinin yenilənməsini təmin edir. Orqanizmdə lazımi miqdarda olmadığında dəri qurumağa başlayır. Bir müddət sonra isə, ən asan dildə, “üzümüzün dərisi soyulur”.
Diş əti problemləri: Bayaq qeyd etdiyim kimi, C vitamini antioksidan özəlliyə malikdir və hüceyrələrarası əlaqənin qurulmasında əvəzsizdir. Əgər vücudunuz C vitamini əskikliyi yaşayırsa, diş əti hüceyrələrinizin strukturu dağılmağa başlayır. Damaqlarınız ağızdakı bakteriyalarla savaşa bilmir. Nəticədə, diş ətində şişmələr, rəng dəyişimi, yaxud qanamalar baş verir.
Dərinin həssaslaşması: C vitamini orqanizmdəki toksinlərin xaric edilməsinə kömək edir. Dolayısı ilə qan dövranını tənzimləyir və damarların sağlamlığına təminat verir. Əskikliyində qan dövranında problemlər yaranır və dərialtı kapilyarlar ən kiçik zədələnmədə belə parçalanır. Əgər qolunuzu qapı dəstəyinə xəfifcə toxunduranda dərinizdə göyərmələr baş verirsə, bilin ki, orqanizm xəbərdarlıq edir: C vitamini lazımdır!
Qrip: Bu, C vitamini əskikliyi zamanı orqanizmin verdiyi “ən irihəcmli mesajdır”, desəm, yanılmaram. Yəqin yadınızdadır, uşaqkən qrip olduğumuzda anamız əlində limonlu çay, yaxud portağallar arxamızca gəzirdi. Çünki, qriplə savaşmaq üçün orqanizmə C vitamini ordusu lazımdır.
Artıq qrip xəstəliyi və onun insan sağlamlığına zərərləri haqqında bir neçə dəfə başqa-başqa videolarda məlumat vermişəm. Ona görə də bu gün sizə C vitaminin qriplə necə savaşdığını anlatmaq istəyirəm. C vitamini qrip virusunu məhv etmək üçün bütün bədənə həyəcan siqnalı göndərir. Sonra da virusla savaşda leykositlərin sürətini artırır. Təbii ki, bu “döyüşdə” C vitamininə də kömək lazımdır. Bu köməkçilər isə P vitamini, kalsium-qlükonat monohidrat, rimantadin hidroxlorid kimi orqanizm və immun sistemi üçün vacib olan elementlərdir. P və C vitaminləri bir-birinin təsirini gücləndirir. Bu səbəbdən həkimlər onları birlikdə qəbul etməyi tövsiyə edir.
Bu gün qriplə mübarizə aparmaq üçün üz tutduğumuz dərmanların çoxunun tərkibində C vitamini təkdir və ən yaxın “silahdaşı” P vitamini onun yanında deyil. Lakin, qrip virusunun orqanizmdən xaric edilməsini təmin edən az sayda preparatlardan olan AnviMaks`da yuxarıda sadaladığım mineral və vitaminlər kompleks şəkildə mövcuddur. AnviMaks`ın tərkibində C vitamini ilə yanaşı P vitamini, kalsium-qlükonat monohidrat, rimantadin hidroxlorid var.
Ona görə də AnviMaks orqanizmə daxil olan virusun hüceyrə nüvəsinə hücum etməyinin qarşısını alır. Üstəlik, alfa və qamma interferonlarının hasilatını sürətləndirir. Limonlu AnviMaks`ı qəbul etdikdən 18 saat sonra orqanizm qrip viruslarından tamamilə azad olur. Bir sözlə, AnviMaks qripin simptomlarından deyil, özündən yaxa qurtarmağa kömək edir.
Pəhriz proqramında olan və ya hər gün sükan arxasına keçən insanlar da AnviMaks`dan ürək rahatlığı ilə istifadə edə bilər. Preparat heç bir xroniki yorğunluğa səbəb olmur, toksik əlamətlərə malik deyil.
Dərman reseptsiz buraxılır. Optimal nəticələrə nail olmaq üçün təlimatda göstərilən bütün tövsiyələri yerinə yetirmək lazımdır.
AnviMaks daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz halında dərman preparatıdır. Limonlu AnviMaks virus əleyhinə və interferonogen, qızdırmasalıcı, iltihabəleyhinə, ağrıkəsici, antihistamin, angioprotektor təsirlərə malikdir.
İstifadə qaydası: AnviMaks paketi bir stəkan qaynar suya əlavə olunur, qarışdırılır və qaynar halda gündə 2-3 dəfə yeməkdən sonra qəbul edilir.
Böyüklərdə və 12 yaşdan böyük uşaqlarda qrip, KRVİ, tənəffüs yollarının virusla zədələnməsi nəticəsində qızdırmalı vəziyyətlərin etiopatogenetik və simptomatik müalicəsində əvəzsizdir.
Bahadur Seyidov / Demedia.az