Səhər və axşam ballı su için - İnanılmaz nəticə verəcək



 19:27 06.10.2022     1052

Səhər və axşam ballı su için, görün, bir həftədən sonra  nələr olacaq. 

Bu gün sizə ballı suyun faydalarından və zərərlərindən danışacağam. Həmçinin, siz bu videoda ballı suyun hazırlanma qaydası və  içilmə miqdarı barədə də məlumat alacaqsınız. 

Ballı süd təkcə dadlı içki deyil, həm də, orqanizm üçün faydalı mikroelementlərlə zəngin qida maddəsidir. O, maddələr mübadiləsini normallaşdırır və daxili orqanların işini asanlaşdırır. Vacib məqam odur ki, onun hazırlanma qaydasını biləsiniz. Çünki faydalılıq dərəcəsi hazırlanma qaydasından asılıdır. 

Ballı suyun mütəmadi qəbulu bir çox xəstəliklərdən qorunmağınıza kömək edir, əhvalınızı yaxşılaşdırır. 

Çox az adam bilir ki, ballı suyun tərkibi qanımızın tərkibinə yaxındır. Bu, ballı suyun orqanizm tərəfindən sürətlə mənimsənilməsinin və hüceyrələrə vaxtında çatmasının səbəbidir. Bal “son istifadə tarixi” olmayan qidadır. Buna görə də, uzun müddət saxlanılan balın tərkibini dəyişəcəyindən, yaxud tərkibindəki mineralları itirəcəyindən qorxmaq lazım deyil. 
Ballı suyun faydaları bunlardır:
-immuniteti yüksəldir; 
-virus və bakteriyalarla savaş zamanı orqanizmin ən yaxın köməkçisinə çevrilir; 
-qanı toksinlərdən və zərərli maddələrdən təmizləyir; 
-bağırsaqların işini yaxşılaşdırır; 
-bağırsaqlarda və qarın boşluğunda şişkinliyi yox edir; 
-orqanizmi cavanlaşdırır; 
-ürək-damar sistemini dəstəkləyir; 
-metabolizmanı sürətləndirir; 
-sinir sisteminin işini normallaşdırır; 
-orqanizmi göbələk və parazitlərdən müdafiə edir; 

Ballı isti su...Bəli,  bu prosesdə suyun temperaturu vacib rol oynayır. Ballı isti suyun tərkibi ballı soyuq suyun tərkibi ilə müqayisədə çox zəngindir. “İsti” deyərkən, qaynar su nəzərdə tutulmur; otaq temperaturundakı sudan danışırıq. Əksinə, qaynar su istifadə eləmək məsləhət deyil. Qeyd edim ki, 400C-dən yuxarı temperaturda balın tərkibindəki bəzi maddələr kanserogen maddələrə çevrilir və orqanizm üçün zərərli olur. Ballı suyu hər gün səhər yeməyindən əvvəl və yatmazdan qabaq içmək lazımdır. 

Ac mədədə ballı su... Səhər acqarına içilən ballı su mərkəzi sinir sistemini aktivləşdirir, orqanizmi oyadır. Üstəlik, ac mədəyə düşən elementlər həzm sisteminə işə başlamağı “tapşırır”. Bu da orqanizmdə axşamdan qalan yemək artıqlarının atılması və  həzm orqanlarının canlanması ilə başlayır. Səhər acqarına içilən ballı suyun birinci udumdan sonra orqanizmə təsiri bunlardır: 
-bağırsaqları aktivləşdirir; 
-sinir sistemini işləməyə məcbur edir; 
-mədənin yemək artıqlarından və izafi turşuluqdan təmizlənməsini stimullaşdırır; 
-metabolizmanı sürətləndirir və artıq çəkidən xilas olmağa kömək edir; 

Yatmazdan öncə içilən ballı su isə: 
- sinir sistemini sakitləşdirir;
-yuxunu yaxşılaşdırır; 
-günün gərginliyindən qaynaqlanan baş ağrılarını yox edir; 
-infeksiyalara qarşı dirənmək üçün orqanizmə güc verir; 
- bütün orqanizmin işini normallaşdırır;     

Ballı suyu həmən yüksək miqdarda içməyə cəhd etməyin. Ola bilər ki, bala və yaxud onun tərkibindəki komponentlərə qarşı allergiyanız yaranar. Yaxud əvvəldən olan allergiyanı oyada bilər. Əvvəlcə, az mqidarda için və orqanizminizin verdiyi reaksiyanı müşahidə edin. Əgər heç bir narahatlıq hiss etməsəniz, içkini mütəmadi olaraq içə bilərsiniz. 

Ballı suyun faydasını görmək üçün hazırlanma zamanı müəyyən şərtlərə əməl edilməlidir.  Təbii bal götürün. Su filtrlənmiş, yəni təmiz, həmçinin, isti  olmalıdır. Xatırladım ki, “isti” deyəndə qaynar su nəzərdə tutulmur. Suyla balın nisbəti 30% olmalıdır. Bu şərtlərə əməl edərək siz orqanizm üçün faydalı içki hazırlaya bilərsiniz.  1 stəkan suya 1 çay qaşığı bal  əlavə edin.  Əgər bu içkinin iltihab əleyhinə vasitə kimi sürətlə təsir etməyini istəyirsinizsə, bir az zəncəfil və limon da qata bilərsiniz.  Maddələr mübadiləsinin sürətlənməsi məqsədilə içirsinizsə, yarım çay qaşığı darçın və limon suyu əlavə edin.  Gümrah hiss etmək istəyirsinizsə, nanə yarpaqları qatın. 

Əgər ballı suyun tərkibindəki bütün mikro və makroelementlərdən faydalanmaq niyyətiniz varsa, içkini orqanizminizin bioloji saatına uyğun için. Tez oyananlardansınızsa, yaxşı olar ki, səhər saat 07:00-dən  öncə birinci stəkanı içəsiniz. Ümumiyyətlə, ballı suyun içilməsində aşağıdakı şərtlərə diqqət etsəniz, yaxşı olar: 
-əvvəlcədən hazırlayıb qoymayın, təzə-təzə hazırlayın və için; 
-hazırladığınız içkini yarım saata udum-udum içməyin, birnəfəsə  başınıza çəkin; 
-axşam yuxuya getməmişdən 1 saat əvvəl için: 
-həmişə boş mədəyə için; 

Ballı suyu nə qədər içmək olar? Təbii ki, istənilən müalicə vasitəsi kimi, ballı suyun orqanizmi yeniləməsi və təmizləməsi üçün müəyyən vaxt tələb olunur. 1-2 stəkandan sonra nəticə görmək mümkünsüzdür. Üstəgəl, ballı suyu içməyi faydalı adətləriniz sırasına daxil etməlisiniz. Onu müalicə kursu kimi dəyərləndirmək sizin özünüzə ziyan olar; orqanizmin daim ballı suya ehtiyacı var.  Bu dadlı içkidən ləzzət almağı, həmçinin, onun artıq çəkilərinizi atmağa kömək etdiyini bilməyi, yüksək əhvalda olmağı kim istəməz ki?!

Ballı suyu mütəmadi içməyin orqanizmə təsirini ən qısa müddətdə 1 aya hiss edəcəksiniz.  “Ballı su orqanizmdə, konkret olaraq, nə iş görür?”-deyə soruşsanız, cavabımız hazırdı: 

Qaraciyəri yeniləyir. Ballı suyun qanı və damarları toksinlərdən təmizlədiyini bayaq qeyd etdim. Toksinlərə məruz qalmış qan qaraciyəri yükləyir. Ballı suyun hər gün içilməsi isə qaraciyərin yükünün azalmasına, onun daha rahat işləməsinə kömək edir. Ballı suyun tərkibindəki minerallar alkoqol, siqaret və ya dərmanlarla zəhərlənmiş qaraciyəri təmizləyir, bu vacib orqanımızın hüceyrələrinin yenilənməsinə səbəb olur. 

Bağırsaqları təmizləyir. Mütəmadi qəbul edilən ballı su mədə-bağırsaq sistemini təmizləyir. Bağırsaqlardakı mikrofloranın sürətlənməsi qidaların və qida artıqlarının qısa müddətə mənimsənilməsini təmin edir. Həzm zamanı yaranan qazlar isə sürətlə orqanizmdən xaric edilir. 

Parazitlərlə savaşır. Bal özü təklikdə parazitlərin düşmənidir. Ballı su isə bala nisbətən daha sürətlə qana sorulur və bütün orqanlara çatır. Bu da parazitlərin irəliləməsinin qarşısının alınmasındakı operativlikdir. Əgər ballı suya bir az üyüdülmüş darçın əlavə etsəniz, daha effektiv olur. 

Gözlərə faydalıdır. Bəzi hallarda ballı su göz xəstəliklərinin müalicəsində də istifadə edilir. Onu tez-tez göz allergiyaları zamanı  içirlər. Bal soyuqdəymənin qarşısını alır, immuniteti gücləndirir. Ballı suyu damcılıq ilə gözə damızdırmaq da effektivdir. Qlaukoma zamanı ballı su həkimə çatanadək ən yaxın köməkçi sayılır. 

Burun tutulmaları zamanı effektivdir. Xüsusilə, xroniki burun tutulmaları və qripin ilkin mərhələlərində ballı su infeksiyaların məhvinə kömək edir. Eyni zamanda, nəfəs yollarını açır.  Burun tutulmaları zamanı ballı suya bir az zəncəfil və limon suyu əlavə edin. Faydasını daha yaxşı görmək üçün yatmazdan qabaq için. 

Sidik kisəsinin soyuqlaması zamanı müalicəvi effektə malikdir. Sidik kisəsində problem olanda həkimlər bol miqdarda maye qəbul etməyi  məsləhət görürlər. Bu vaxt 1 stəkan suya 1 çay qaşığı bal və 2 çay qaşığı üyüdülmüş darçın qatsanız, sidik yollarında və sidik kisəsində iltihab yaranmasının qarşısını almış olarsınız. Sidik kisəsində soyuqlama varsa, qarışımı 1 həftə, gündə 3-4 dəfə olmaqla içmək məsləhətdir. Bu, müalicəvi prosedurdur. 

Dərinin sağalmasına kömək edir. Ballı suyu pambığa hopdurun və üzünüzü silin. Bu proses səhərlər sizin gün ərzində daha gözəl görünməyinizi təmin edəcək. Axşam yatmazdan qabaq isə dərinizin təmizlənməsi və zədələnməsinə səbəb olacaq mikrolardan qurtulması üçün bu proseduru təkrarlayın. Dəri egzeması vaxtı da ballı su təmizləyici vasitə sayılır. Mütəmadi olaraq içilən ballı su orqanizmi daxildən təmizləyir. Təbii ki, təmiz orqanizm təmiz dəri deməkdir. 

Quru öskürəyi kəsir. Ballı öskürək nəfəs yollarını təmizləyir və infeksiyaları yox edir. Bu da quru öskürəyi yaradan səbəblərin aradan qalxmasıdır. Az miqdarda darçın və zəncəfil qatılmış ballı su ilə daha qısa müddətdə müsbət nəticə əldə etmək mümkündür. 

Ürək xəstəlikləri riskini aşağı salır. Mütəmadi olaraq içilən ballı su ürək və qan-damar sistemini dəstəkləyir. Ballı suya azca darçın qatsanız, infarkt kimi təhlükəli halların qarşısına sədd çəkmiş olarsınız. 
Mədənin soyuqlaması zamanı müalicəvi əhəmiyyətə malikdir. İsti halda içilən ballı su mədəni təmizləməklə yanaşı, ağrıları da aradan qaldırır. Gündə bir neçə dəfə yeməkdən əvvəl içilərsə, mədədəki soyuqdəymə yox olur. 

Ballı suyun əks təsirləri də var. Bəzi xəstəliklər var ki, onların mövcudluğu zamanı bu içkidən uzaq durmaq lazımdır. Yoxsa əks təsir göstərər. Məsələn; 
-mədə-bağırsaq sistemində qəfil ağrılar başlayar; 
-şəkərli diabet xəstələrində narahatlıqlar və halsızlıq yaradar; 
-bala qarşı orqanizmdə allergik reaksiya başlayar; 
-mədəaltı vəzin soyuqdəyməsi zamanı içilərsə, orqanı yükləyər;

Unutmaq lazım deyil ki, ballı su qida rasionunuzu əvəz etmir. Yəni, ballı su içdiyiniz ərəfədə qida vərdişlərinizi dəyişməyin. Şəkərli diabet və pankreasdakı hər hansı bir problem zamanı ballı suyu içməkdən çəkinməlisiniz. Yalnız həkim məsləhətindən sonra ballı suyu qida rasionunuza daxil edə bilərsiniz. Çünki ballı suyun tərkibində yüksək miqdarda fruktoza var və bu, qanda şəkərin miqdarının yüksəlməsinə səbəb olur.

Bir daha vurğulayıram ki, balı qaynar suya qatmaq olmaz. Bu, balın faydalılığını zərərə çevirir. Su mütləq və mütləq otaq temperaturunda  olmalıdır.  Günə gözəl başlamaq və gecəni rahat yatmaq istəyirsinizsə, ballı su ən yaxın köməkçinizdir... 

Bahadur Seyidov / Demedia.az