Praqada əldə ediləcək nəticələr... - Şərh



 15:10 06.10.2022     545

"Sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistandakı sammitinə qatılmaqdan yayınan və sülh danışıqlarını Rusiya-Ukrayna savaşı bitənədək uzatmağa çalışan Paşinyan hökumətinə Azərbaycan-Türkiyə-Rusiya üçlüsünün son 3 həftə ərzindəki birgə hərbi-siyasi təzyiqləri artıq gərəkli nəticələrini verməkdədir: Paşinyan Azərbaycanla sülh üçün oktyabrın 6-da Praqaya gedəcəyini, orada Əliyev, Şarl Mişel və Makronun iştirakıyla "dördlü" bir görüşün olacağını elan etdi!".

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.

Onun sözlərinə görə, ən önəmlisi də odur ki, Paşinyan Praqa görüşünə Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı və özünün də sülh gündəliyinə sadiq olduğu, bunun üçün məsuliyyət daşıdığı haqda öncədən bəyanat səsləndirməklə gedir:

"Paşinyanın Türkiyə prezidenti Ərdoğanla da görüşünün planlaşdırıldığı Praqa sammiti Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinin normallaşdırılmasında əhəmiyyətli dönüş nöqtəsi olmaq və bu yöndə ən ciddi nəticələrin əldə edildiyi Qərb platformasına çevrilmək imkanındadır.

Böyük ehtimalla, Praqada əldə ediləcək nəticələr MDB dövlət başçılarının planlaşdırılan toplantısında daha da inkişaf etdirilərək, Azərbaycanla Ermənistan arasında qalıcı sülhün əldə edilməsi prosesinin yekunlaşdırılması işini daha da sürətləndirəcək".

Xəyalə Məmmədova / Demedia.az