Rus ordusunun itkiləri açıqlandı - ŞOK RƏQƏMLƏR



 13:29 06.10.2022     678

Rusiya-Ukrayna müharibəsi ilə bağlı son durum açıqlanıb.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 61 330 hərbçisini məhv edib.

Rusiyanın digər döyüş itkiləri də açıqlanıb:
2 449 tank, 
5 064 zirehli maşın, 
1 424 artilleriya sistemi, 
344 reaktiv yaylım atəşi sistemi, 
177 hava hücumundan müdafiə sistemi, 
266 təyyarə, 
232 helikopter, 
1 047 operativ-taktiki PUA, 
246 qanadlı raket, 
15 gəmi/qayıq, 
3 854 avtomobil və avtoçən,
 134 xüsusi texnika.

Aysun / Demedia.az