Şimali Koreyaya raketlərlə cavab verildi



 11:02 06.10.2022     280

ABŞ və Cənubi Koreya Çin dənizinin şərqində 4 raket atıb.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat verib. Bildirilib ki, raket qurudan-quruya atılıb. Məlumata görə, raketlər şərti hədəfləri dəqiqliklə vurub. Bir raket isə hədəfə çatmayıb. Bu həmlə Şimali Koreyanın ballistik raket testlərinə cavabdır.

Qeyd edək ki, Şimali Koreyanın atdığı ballistik raket Yaponiya səmasından keçərək, Sakit Okeanına düşüb. Test zamanı raketin Yaponiya üzərindən keçən ərazilərində həyəcan siqnalı işə düşüb. Sakinlər sığınacaqlara qaçıb. ABŞ, Yaponiya və Cənubi Koreya Pxenyanın testini qınayıb.

Bahadur Seyidov