Livanda pullarını ala bilməyən deputat banka basqın etdi



 12:04 06.10.2022     341

Livanda bankdakı pullarını ala bilməyən deputat Sintiya Zarakir banka basqın edib.

Demedia.az xəbər verir ki, deputat 3 ildir dondurulan 8500 dollarını tələb edib. Bank isə rədd cavabı verib. Deputat işçilərə təzyiq göstərərək, pulunu alana qədər bankdan çıxmayacağını ifadə edib. Tərəflər arasında danışıqlar hələlik nəticə verməyib. Çox sayda insan deputata dəstək vermək üçün Beyrutda yerləşən bankın qarşısına toplaşıb.

Qeyd edək ki, Livanda 2019-cu ildə iqtisadi böhrandan sonra sakinlərin banklardakı əmanətləri dondurulub.

Bahadur Seyidov