Şimali Koreya 10 raket atdı



 14:35 06.10.2022     260

Şimali Koreya daha iki ballistik raketi sınaqdan keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Şimali Koreya ordusundan açıqlama verilib. Bildirilib ki, bu testlər ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə cavabdır.

Qeyd edək ki, bu, Şimali Koreyanın son iki həftə ərzində atdığı 10-cu raketdir. Cənubi Koreya və ABŞ da buna cavab olaraq 4 raket atmışdı. Lakin raket sınağı uğursuz alınıb. Raketlərdən biri Cənubi Koreyanın öz ərazisinə düşüb. Fəsadlar qeydə alınmayıb. Əlavə edək ki, Şimali Koreyanın ballistik raketlərindən biri Yaponiya üzərindən keçərək Sakit okeanında düşmüşdü.  

Bahadur Seyidov