Liviyadan Türkiyə ilə imzalanmış sənəd barədə açıqlama
“Bəzi ölkələrin Türkiyə və Liviya arasında karbohidrogen sahəsinə dair memorandum imzalamasına qarşı çıxması bizi maraqlandırmır”.
Demedia.az xəbər verir ki, bu barədə Liviya Milli Birlik hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe belə açıqlama verib. O bildirib ki, Türkiyə ilə imzalanan müqavilə ciddi araşdırıldıqdan sonra imzalanıb.
Qeyd edək ki, Türkiyə və Liviya arasında yeni sənəd imzalanıb. Sənəd karbohidrogen sahəsinə dair memorandumdur. Avropa Birliyi və Yunanıstan sənədə qarşı çıxıb.
Bahadur Seyidov