Rusiya və Litva arasında siyasi gərginlik artıb



 17:14 06.10.2022     387

Rusiya Litvanın Moskva səfirliyindəki məsləhətçisi Virginia Umbrasaneni ölkədən qovub.

Demedia.az xəbər verir ki, Moskvanın bu həmləsi Litvanın rusiyalı diplomat Sergey Ryabkovu ölkədən qovmasına cavabdır. Rusiya tərəfi iddia edir ki, rus diplomatın Litvadan qovulmasının əsası yoxdur. Məsələ ilə bağlı Litvanın Moskvadakı diplomatı Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılaraq ona xəbərdarlıq edilib. Litvalı məsləhətçinin ölkədən qovulması barədə səfirlik nümayəndəsinə nota verilib. Nazirliyin məlumatına görə, Virginia Umbrasane iki ölkə arasındakı münasibətləri pozmaq üçün siyasət yürüdüb.

Bahadur Seyidov