İrandakı aksiyalar zamanı saxlanılanların əksəriyyəti yeniyetmədir - Ali Fedevi



 15:54 06.10.2022     418

İrandakı aksiyalar zamanı saxlanılanların əksəriyyətinin orta yaş həddi 15-dir.

Demedia.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandan köməkçisi Ali Fedevi açıqlama verib. O bildirib ki, təhsildən geri qalmış yeniyetmələr sosial mediada aparılan əsassız təbliğata inanıb. Onun sözlərinə görə, yeniyetmələr düşmən üçün asan hədəf olub.

Qeyd edək ki, bəzi mənbələrə görə, İranda davam etiraz aksiyaları nəticəsində 182 nəfər ölüb. Yüzlərlə etirazçı xəsarət alıb. Etirazlar Məhza Əminin “örtük qaydaları”nı pozduğuna görə polis tərəfindən nəzarətə götürülməsindən sonra ölməsinə etiraz olaraq başlayıb. Onun polisin güc tətbiq etməsi nəticəsində öldüyü irəli sürülür.

Bahadur Seyidov