Bir çoxlarımızın xəstəlik kimi ciddiyə almadığı QRİP - Əslində isə...



 22:29 07.10.2022     1150

İstənilən xəstəlik insanı qorxudur və sinir hüceyrələrini yorur. Çünki sağalma prosesi  immun sisteminə bağlı olaraq uzun çəkə bilir. Təbii ki, hər insanın  immun sistemi yalnız ona xasdır. Bəzən xəstəliklər  ilə mübarizədə immun sistemi zəifləyir və insan üçün əsl vahimə; ağrılar, xroniki yorğunluq, yuxusuz gecələr başlayır. 

Bir çoxlarımızın xəstəlik kimi ciddiyə almadığı, bəzilərimizin də bezdirici hesab etdiyi qrip  insan orqanizmi üçün əsl təhdid sayıla bilər. Çünki, qrip xəstəlikdir. Özü də insanı “ələ keçirən”, onu “özünə tabe edən” xəstəlik. 

Yəqin ki, tibbi terminlərlə maraqlananlar bilir,  ingilis dilində “qrip” sözünün qarşılığı “influenza”dır.  Bu söz italyan dilindəki “influentia”dan götürülüb. Bu da latıncada planetlərin, ulduzların və ayın hərəkətsizliyinə səbəb olan hadisəni izah edən “influentia” kəlməsinin eynidir. Qədim romalılar inanırdılar ki, məhz səma cisimlərinin hərəkətsizliyi dövründə bədbəxtliklər baş verir və Tanrı onlara  xəstəliklər göndərir. Eyni anda bütün şəhəri ələ keçirmək qabiliyyətinə malik qripi bu kəlməylə adlandırmaq romalıların xəstəlikdən necə qorxduqlarının göstəricisi idi. 

Fransız dilində bu xəstəlik “gripper”  adlanır.  Özündə ehtiva etdiyi məna “qarmaq”, “ələ keçirən” deməkdir. Ərəblər qripə “anf-al-anza”,  hərfi tərcümədə “keçi burnu” deyirlər.  Qədim ərəb qəbilələrində inanırdılar ki, bu xəstəlik keçinin burnunda yaranır və sonra insanlara keçir. 

Maraqlı faktlardan biri odur ki, bizim üçün adi görünən qrip xəstəliyi dünyada ən çox pul xərclənən xəstəliklər sırasındadır. Təkcə ABŞ-da bu xəstəliyin epidemiya kimi başladığı bir mövsümdə ölkə iqtisadiyyatına milyardlarla dollar zərər dəyir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə bütün dünyada hər il  3-5 milyon arası insan qrip xəstəliyini çox ağır keçirir. Stataistik rəqəmlər siyahısında qripin bir ildə yarım milyonadək insanı öldürdüyü də var. 

Ümumiyyətlə, 1900-cü ildən başlayaraq, dünyada 4 əsas qrip epidemiyası qeydə alınıb.  1918-1919-cu illərdə Avropada tüğyan edən “İspan qripi” adından da göründüyü kimi İspaniyadan yayılmağa başlayıb.  24 həftəyə 100 milyon insanın ölümünə səbəb olub. Ən qorxulu immun çatışmazlığı, yəni QİÇS xəstəliyi belə 24 ildə bu nəticəyə gəlib çıxmayıb. 

1957-1958-ci illərdə Çində baş  qaldıran  Asiya epidemiyasında bizim adi hesab etdiyimiz qrip 4 milyona yaxın insanın canını alıb.  Bu cür epidemiyaların səbəbi insanların qripə laqeyd yanaşmalarıdır. Qripi xəstəlik kimi qəbul etməmək, ona qarşı mübarizədə türkəçarə üsullardan istifadə etməklə hər şeyin düzələcəyinə inanmaq  həyat üçün təhlükəli ola bilər. Unutmaq lazım deyil ki, statistik rəqəmlər hər yüz ildə 3 qlobal epidemiya baş verdiyini söyləyir. 

Bu gün də “qripdi də, keçər” deyib ciddiyə almayanlar var. Ən yaxşı halda türkəçarə üsullarına və xəstəliyin yalnız simptomlarını aradan qaldıran dərmanlara üz tutulur.  Sağalmağın yeganə yolu isə qrip virusunun orqanizmdən xaric edilməsini təmin edən preparatlardan istifadədir. Bu preparatlardan biri də AnviMaks`dır. O, orqanizmə daxil olan virusun hüceyrə nüvəsinə hücum etməyinin qarşısını alır. Üstəlik, alfa və qamma interferonlarının hasilatını sürətləndirir.  AnviMaks`ı  qəbul etdikdən 18 saat sonra orqanizm qrip viruslarından tamamilə azad olur. Bir sözlə, AnviMaks qripin simptomlarından deyil, özündən yaxa qurtarmağa kömək edir.

Pəhriz proqramında olan və ya hər gün sükan arxasına keçən insanlar da AnviMaks`dan ürək rahatlığı ilə istifadə edə bilər. Preparat heç bir xroniki yorğunluğa səbəb olmur,  toksik əlamətlərə malik deyil. 

Tərkibində P vitamini, C vitamini, kalsium-qlükonat monohidrat, rimantadin hidroxlorid kimi orqanizm və immun sistemi üçün vacib olan elementlər var. P və C vitaminləri bir-birinin təsirini gücləndirir.  Bu səbəbdən  həkimlər  onları birlikdə qəbul etməyi tövsiyə edir. 

Dərman reseptsiz buraxılır. Optimal nəticələrə nail olmaq üçün təlimatda göstərilən bütün tövsiyələri yerinə yetirmək lazımdır. 

AnviMaks daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz halında dərman preparatıdır. Moruqlu AnviMaks virus əleyhinə və interferonogen,  qızdırmasalıcı, iltihabəleyhinə, ağrıkəsici, antihistamin,  angioprotektor təsirlərə malikdir. 

İstifadə qaydası: AnviMaks paketi  bir stəkan  qaynar suya əlavə olunur,  qarışdırılır və qaynar halda gündə 2-3 dəfə yeməkdən  sonra qəbul edilir.   

Böyüklərdə və 12 yaşdan böyük uşaqlarda qrip, KRVİ, tənəffüs yollarının virusla zədələnməsi nəticəsində qızdırmalı vəziyyətlərin etiopatogenetik və simptomatik müalicəsində əvəzsizdir. 

Bahadur Seyidov / Demedia.az