Azərbaycan-Ermənistan arasında razılaşma: Yeni missiyanın məqsədi...



 11:59 07.10.2022     593

Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb. İlham Əliyev, Nikol Paşinyan, Emmanuel Makron və Şarl Mişel saatlarla davam edən danışıqlardan sonra yekun bəyanat qəbul ediblər. Bəyanatda bildirilir ki, 2022-ci il oktyabrın 6-da imza atan tərəflər olan Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, bu bəyannaməyə əsasən hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır:

Ermənistan Azərbaycanla sərhəddə işlərin aparılmasında Aİ missiyasına kömək etməyə razılaşıb. Missiya Ermənistanda fəaliyyət göstərəcək.

Rəsmi Bakı da öz növbəsində Azərbaycanın maraqlarına toxunan məsələlərdə bu missiya ilə əməkdaşlığa razılıq verib.

Missiya oktyabr ayında fəaliyyətə başlayacaq və iki ay ərzində fəaliyyətini davam etdiriləcək.

Missiyanın məqsədi etimad yaratmaq və sərhəd komissiyalarının işi haqqında hesabatların hazırlanması vasitəsilə dəstək verməkdir".

Xəyalə Məmmədova / Demedia.az