"Sülh sazişinin imzalanması Brüsselin vasitəçiliyi ilə reallaşacaq" - Politoloq
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdı. Avropa İttifaqının vasitəçiliy ilə yekun Bəyannamədə Azərbaycanın beş təməl prinsipi Ermənistan tərəfindən rəsmən tanıdı. Demək, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Qarabağ daxil olmaqla bu bəyannaməyə imza atıb. Qeyd edim ki, N. Paşinyan bir neçə gün bundan əvvəl, Qarabağla verdiyi açıqlamada bunun beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanıdığını vurğulamışdi.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, göründüyü kimi 12-14 sentyabr döyüşlərindən Ermənistan nəticə götürüb. Fransa Ermənistanın təminatçısıdır və dövlət sərhədində Avropa İttifaqının missiyası müşahidə aparacaq:
"Azərbaycan bu bəyannaməyə imza atıbsa, demək N. Paşinyan Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıyıb. Çünki, bundan əvvəl, N. Paşinyan Qarabağ məsələsini ərazi bütövlüyü çərçivəsindən çıxarırdı.
Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında iki bəyannamə imzalanıb. Amma, Ermənistan bu bəynnamələrə əməl etmir. Hazırkı situasiyada Ermənistan tərəfinin manipulyasiya imkanları zəifləyib. Rusiyadan uzaqlaşmaq kursu götürüb. Rusiyanın Ermənistana ciddi təzyiqlər edəcəyi onun indiki imkanları xaricindədir.
Ermənistan baş nazirinin "Zəngəzur" dəhlizinin açılması ilə bağlı mövqeyində rəsmi dəyişiklik olmayıb. N. Paşinyan Zəngəzur dəhlizində Rusiya hərbçilərinin yerləşdirilməsinə qarşıdır. Bununla bağlı görünür yenidən şifahi razılı verib.
İmzalanan Bəyannamədə rəsmi Bakı Ermənistanın Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıdığını rəsmən elan etməsi lazımdır.
Ermənistan tərəfi də bu barədə ictimaiyyətinə açıqlama verməlidir.
Sülh sazişinin imzalanması istiqamətində ciddi problem Ermənistanın Qarabağ məsələsini ərazi bütövlüyü çərçivəsində tanınmamasını bəyan etməsi idi. Avropa İttifaqının vasitəçiliyi zədələnmişdi. ABŞ prosesdə təşəbbüsü ələ almağa çalışırdı.
Sülh sazişinin imzalanması Brüsselin vasitəçiliyi ilə reallaşacaq".
Xəyalə Məmmədova / Demedia.az