Yoxsulluq proqramının icrası çətinləşib - Dünya Bankı



 11:53 07.10.2022     352

“2030-cu ilə qədər yoxsulluğun sona çatdırılması barədə hədəfin yerinə yetiriləcəyi inandırıcı deyil”.

Demedia.az xəbər verir ki, bu barədə Dünya Bankının yayımladığı hesabatda deyilir. Məlumata görə, həddindən artıq yoxsulluğun azaldılması barədə həyata keçirilən tədbirlər demək olar ki, dayanıb. Bunun səbəbi qlobal böhrandır. Pandemiya 1990-cu ildən bəri qlobal yoxsulluğun azadılması barədə görülən tədbirlərə mane olub. Bildirilir ki, Ukraynadakı müharibə bu istiqamətdəki problemləri daha da artırıb.

Bahadur Seyidov