Nigeriyada illərdir neft oğurlanan boru kəməri aşkar edildi



 12:56 07.10.2022     372

Nigeriyada neft ixrac edən terminalların birində 9 ildir fəaliyyət göstərən qanunsuz boru kəməri aşkarlanıb.

Demedia.az xəbər verir ki, bu barədə Nigeriyanın Milli Neft Şirkəti məlumat yayıb. Bildirilir ki, soyğunçular qanunsuz boru kəməri vasitəsilə gündəlik külli miqdarda neft ələ keçiriblər. Məlumata görə, Nigeriyada belə hallar ilk deyil. Nigeriyada soyğunçuların günəlik 600 min barrel neft ələ keçirdikləri güman edilir. Neft oğurluğu səbəbilə Nigeriyanın gündəlik ixracı 1,8 milyon barreldən 1 milyon barrelə enmişdi.

Bahadur Seyidov