Türkiyədə yeni konstitusiya hazırlanır
“Hicab məsələsini də əhatə edən yeni konstitusiya hazırlamışıq. Bunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edəcəyik”.
Demedia.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ belə açıqlama verib. Onun sözlərinə görə, təklif ictimaiyyətə açıqlanmazdan əvvəl Cumhur ittifaqında yer alan MHP partiyası ilə müzakirə ediləcək. Ardınca konstitusiyanın dəyişdirilməsinə dair qanun təklifi parlamentə təqdim ediləcək.
Bozdağ CHP lideri Kamal Kılıçdaroğlunun hicabla bağlı təklifini isə seçkilərə az qalmış nüfuzunu artırmaq üçün edilən həmlə kimi dəyərləndirib.
Bahadur Seyidov