Rusiya ordusu Donetskdə irəlilədi



 15:59 07.10.2022     302

Ukraynanın Donetsk vilayətində yerləşən Zaytsevi məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna ordusunun Kupyans istiqamətindəki hücumunun qarşısı alınıb. Döyüşlərdə 120 Ukrayna əsgəri həlak olub. Xarkov vilayətində də Ukrayna ordusunun kəşfiyyatçıları zərərsizləşdirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusunun son döyüşlər zamanı 4 silah anbarı vurulub. 2 təyyarə və 9 dron sıradan çıxarılıb.

Bahadur Seyidov