ABŞ və Cənubi Koreya donanmaları birgə hərbi təlimlərə başlayıb



 15:25 07.10.2022     280

ABŞ və Cənubi Koreya donanmaları birgə hərbi təlimlərə başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Bildirilib ki, təlimlərə ABŞ-ın “USS Ronald Reagan” təyyarədaşıyan gəmisi də cəlb edilib. Təlimlərin məqsədi Şimali Koreyanın mümkün təxribatlarına cavab vermək bacarıqlarına artırmaqdır.

Qeyd edək ki, “USS Ronald Reagan” gəmisi təlimlərdə iştirak edəndən sonra iki həftə əvvəl Koreya yarımadası sahillərindən ayrılmışdı. Şimali Koreyanın ballistik raket sınaqlarından sonra gəmi Koreya adası sahillərinə qayıdıb.

Bahadur Seyidov