Zelenski 3-cü dünya müharibəsi barədə çağırış edir - Peskov
“Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyaya qabaqlayıcı zərbələr endirilməsi barədə çağırışı 3-cü dünya müharibəsini başlatmaq çağırışıdır”.
Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, belə açıqlamaların pis nəticələri ola bilər. Peskovun sözlərinə görə, bu bəyanat 3-cü dünya müharibəsinə çağırışdır. Peskov bildirib ki, ABŞ, Böyük Britaniya və Avropa Birliyi Ukraynanı idarə edir və sona qədər döyüşməsini istəyirlər. Ona görə də, bu ölkələr məsuliyyət daşıyır.