Lavrovdan ABŞ-a xəbərdarlıq - Ukraynadakı məsələyə müdaxilə etməyin



 16:25 07.10.2022     323

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-a və müttəfiqlərinə Ukraynadakı vəziyyətə daha çox müdaxilə etməmək barədə xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, Lavrov bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin NATO-ya Rusiyaya qabaqlayıcı zərbələrin endirilməsi barədə çağırışını şərh edərkən deyib. O bildirib ki, Zelenskinin belə çağırışları Kiyev adminstrasiyasının təhdid olduğunu sübut edir:

“Bu təhdidlərin ortadan qaldırılması üçün xüsusi əməliyyat başladıldı. ABŞ-a və Kiyev rejiminin digər sponsorlarına müharibənin tərəfi olaraq vəziyyətə daha çox müdaxilə etməmək barədə xəbərdarlıq edirik”.

Bahadur Seyidov