20 günlük körpəsini öldürdü, sonra isə... - ŞOK HADİSƏ



 19:48 07.10.2022     582

Türkiyənin Altınordu rayonunda qeyri-qanuni dünyaya gələn 20 günlük körpə öldürülüb.

Demedia.az xəbər verir ki, iİddiaya görə, sentyabrın 11-də qız uşağı dünyaya gətirən Bilge Ç. körpənin rutin müayinəsi üçün ailə həkimi poliklinikasına dəvət olunub. Dəvətdən sonra Bilge Ç.-nin polisə getdiyi və itkin düşdüyünü bildirdiyi müəyyən edilib.

Araşdırmaya başlayan qruplar heç bir iz tapa bilməyincə araşdırmaları dərinləşdiriblər. Nəzarətə alınan Bilge Ç. dindirilərkən körpəsini fındıq bağında basdırdığını etiraf edib. Bağçada axtarış aparan qruplar, 20 günlük olduğu zənn edilən körpə qızın cəsədini tapıblar.

O, ana südü verərkən boğulduğunu iddia edib.

Bilge Ç.-nin polis bölməsindəki ifadəsində nikahdankənar dünyaya gətirdiyi körpəsini əmizdirərkən boğularaq daha sonra cansız bədənini bağçaya basdırdığı öyrənilib. Bilge Ç. polis bölməsindəki əməliyyatların ardından məhkəməyə göndərilib.

Digər tərəfdən, bacısına kömək etməkdə şübhəli bilinərək saxlanılan Bilge Ç.-nin bacısı Beyza Ç. polisə ifadə verdikdən sonra sərbəst buraxılıb. Körpənin ölüm səbəbi Ədliyyə Tibb Qurumunun hazırlayacağı hesabatdan sonra müəyyənləşəcək.

Aysun / Demedia.az