Adları gizli saxlanılır, məzar daşları belə olmurdu... - Cəlladlar haqda inanılmaz məlumatlar
Osmanlı imperiyası dövründə sultanların verdiyi əmrləri yerinə yetirən cəlladların kütləvi şəkildə tapıldığı İstanbuldakı naməlum qəbiristanlığın son durumu görüntülənib.
Demedia.az xəbər verir ki, illər ərzində baxımsızlıq ucbatından yoxa çıxan cəlladların məzar daşları haqqında məlumat yoxdur.
Beyoğludakı Qaysuni Zadə Mehmet Əfəndi məscidinin qəbiristanlığında naməlum kütləvi cəllad məzarlığı var. Lakin bu qəbir daşlarını ilk baxışdan fərq etmək çox çətindir. Yolu keçəndə onun qəbir daşı olduğunu anlamaq demək olar ki, mümkün deyil.
Nə mərhumun adı, nə də onun haqqında hər hansı bir məlumat var. Çünki Osmanlı dövründə cəlladların məzar daşları üzərində heç bir məlumatın yazılmaması qərarı həyata keçirilirdi. Məlumdur ki, məzar daşları üzərində qarğışların qarşısını almaq üçün heç bir məlumat yazılmayıb.
Bu əməl onun qohumlarına, həyat yoldaşına və ailəsinə zərər verməmək, qəbirləri dağılmaqdan qorumaq üçün alınan bir tədbir idi. Araşdırmaçı yazıçı Halid Develioğlunun açıqlamalarına görə, kütləvi şəkildə tapılan təxminən 7 cəllad məzarı Türkiyədə ikinci ən böyük cəllad məzarlığı ola bilər.
Aysun / Demedia.az
.