İnanılmaz DƏYİŞİKLİK: 115 kiloqram arıqladılar və...



 21:51 07.10.2022     592

İzmitdə yaşayan baytar həkim Zişan Şankazan Kılıç (30) və həyat yoldaşı Aykut Kılıç (30) birlikdə 115 kiloqram arıqlayıblar.

Demedia.az xəbər verir ki, 155 kiloqram çəkisi olan Zişan Şankazan Kılıç 85 kiloqramdan 70 kiloqrama qədər arıqlayanda həyat rahatlığının bərpa olunduğunu, 125 kiloqramdan 95 kiloqrama düşən Aykut Kılıç isə ətrafının onu tanıya bilmədiyini bildirib.

İllərdir çəki problemi ilə mübarizə aparan baytar həkim Zişan Şankazan Kılıç 2019-cu ildə mədə kiçiltmə əməliyyatı etmək qərarına gəlib. Əməliyyatdan əvvəl 155 kiloqram olan Zişan Şankazan Kılıç 3 ildə 85 kiloqram arıqlayıb və 70 kiloqrama düşüb. Həyat yoldaşının arıqlama prosesini görən Aykut Kılıç da təxminən 3 ay əvvəl qol mədə əməliyyatı etdirib. Əməliyyatdan əvvəl 125 kilo olan Aykut Kılıç 3 ayda 95 kiloya düşüb. 115 kiloqram arıqlayan Kılıç cütlüyü həm gündəlik həyatda, həm də sağlamlıqda rahatlıq yaşadıqlarını bildirib.

Aysun / Demedia.az