Qripdən xilas olmağın ƏN SADƏ ÜSULLARI



 22:27 10.10.2022     1279

Havaların soyuması ilə birlikdə qrip də qapımızı döyür. Bəzən isə heç qapının döyülməsini eşitmirik, bir də görürük artıq orqanizmimizə daxil olub və yuxarı başda əyləşib. Qalır, onu yola salmaq üçün çarələr axtarmaq.  Ən birinci əlimizi buz dolabına atırıq. Görəsən, nə yesək, qrip bizdən əl çəkər? 

Qrip xəstəliyinə yaxalananlar ən birinci nə yediklərinə diqqət etməlidir. Qripdən tez yaxa qurtarmaq üçün bəzi meyvələri qida rasiounumuza daxil etməkdə gecikməməliyik. Bunlar çiyələk, portağal, kivi və mandarindir. Siyahının başında isə moruq gəlir. 

Hələ qədim zamanlardan ləzzətli dadı və xoş qoxusu, xüsusən də, sağlamlıq üçün faydaları  ilə moruq loğman və təbiblərin  sevimli giləmeyvəsi olub. Tibbi məqsədlər üçün təkcə  meyvəsi deyil,  yarpaqları və kökləri də istifadə edilib. Mütəmadi olaraq  moruq yemək orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Tərkibindəki  flavanoidlər yağların orqanizm tərəfindən qəbul edilməsini yavaşladır. Eyni zamanda, diabet xəstələri üçün önəmlidir. Belə ki, moruq qan şəkərini stabilləşdirmə qabiliyyətinə malikdir.

Əgər moruğun faydaları barədə kiçik siyahı hazırlasaq, bunları yazmalıyıq:
İmmuniteti gücləndirir;

Soyuqdəymə zamanı qızdırmanı aşağı salır;
Orqanizmi sərbəst radikalların təsirindən qoruyur, beləcə, qocalmanı ləngidir;
Ürək-damar  sisteminə müsbət  təsir edir, qanın tərkibini təmizləyir;
Tənəffüs yolları xəstəlikləri ilə mübarizə  aparır;
Köməkçi maddələrlə birlikdə qrip  virusunun orqanizmdən xaric edilməsini təmin edir;

Bayaq qeyd etdim ki, moruqdan tibbdə istifadənin tarixi çox qədimdir. Bizim eradan əvvəl 61-114-cü illərdə yaşamış Romalı  müəllif Pliny öz yazılarında moruğun şəfaverici xüsusiyyətlərindən söz açır. Orta əsrlərdə isə uşaqlarda yaranan tənəffüs yolları problemlərinin ən dadlı həlli moruq hesab olunurdu. Moruğun  xüsusi olaraq  dərman bitkisi kimi yetişdirilməsi 18-ci əsrdə başlayıb. Şimali Amerikanın soyuq iqlimində  ən əlçatan və effektiv vasitə sayıldığından hamı bağçasında moruq kolu əkərdi. İndinin özündə də Amerikada xüsusi moruq yetişdirmə müəssisələri var. 

Moruğun tərkibində şəkər,  üzvi turşular, azot birləşmələri, uçucu yağ və aromalar, flavanoid, C vitamini, K vitamini, E vitamini, karoten, tiamin, az miqdarda nikotin, dəmir, kalsium, fosfor, sodium, maqnezium kimi minerallar var. 
Bu gün də moruq vitamin deposu sayılır və tərkibindəki ekstraktlar emal olunaraq  müxtəlif dərman və preparatlara qatılır.  Elə ona görə də qrip mövsümündə moruq  orqanizmin ən sadiq dostuna çevrilir.  Moruq ekstraktları  köməkçi maddələrlə birlikdə qəbul edilən zaman  qripin təkcə simptomlarını aradan qaldırmır, qrip virusunun orqanizmdən xaric edilməsin təmin edir.  

Yəqin indi deyəcəksiniz, belə mükəmməl bir qarışımı hardan alaq ki, qripi orqanizmimizdən qova bilək. Cavab çox sadədir. Ən yaxındakı aptekə gedin və əczaçıdan  moruqlu AnviMaks`ı istəyin.  

AnviMaks  orqanizmə daxil olan virusun hüceyrə nüvəsinə hücum etməyinin qarşısını alır. Üstəlik, alfa və qamma interferonlarının hasilatını sürətləndirir.  AnviMaks`ı  qəbul etdikdən 18 saat sonra orqanizm qrip viruslarından tamamilə azad olur. Bir sözlə, AnviMaks qripin simptomlarından deyil, özündən yaxa qurtarmağa kömək edir.

Pəhriz proqramında olan və ya hər gün sükan arxasına keçən insanlar da AnviMaks`dan ürək rahatlığı ilə istifadə edə bilər. Preparat heç bir xroniki yorğunluğa səbəb olmur,  toksik əlamətlərə malik deyil. 

Tərkibində P vitamini, C vitamini, kalsium-qlükonat monohidrat, rimantadin hidroxlorid kimi orqanizm və immun sistemi üçün vacib olan elementlər var. P və C vitaminləri bir-birinin təsirini gücləndirir.  Bu səbəbdən  həkimlər  onları birlikdə qəbul etməyi tövsiyə edir. 

Dərman reseptsiz buraxılır. Optimal nəticələrə nail olmaq üçün təlimatda göstərilən bütün tövsiyələri yerinə yetirmək lazımdır. 

AnviMaks daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz halında dərman preparatıdır. Moruqlu AnviMaks virus əleyhinə və interferonogen,  qızdırmasalıcı, iltihabəleyhinə, ağrıkəsici, antihistamin,  angioprotektor təsirlərə malikdir. 

İstifadə qaydası: AnviMaks paketi  bir stəkan  qaynar suya əlavə olunur,  qarışdırılır və qaynar halda gündə 2-3 dəfə yeməkdən  sonra qəbul edilir.   

Böyüklərdə və 12 yaşdan böyük uşaqlarda qrip, KRVİ, tənəffüs yollarının virusla zədələnməsi nəticəsində qızdırmalı vəziyyətlərin etiopatogenetik və simptomatik müalicəsində əvəzsizdir. 

Bahadur Seyidov / Demedia.az