Serbiyada etiraz aksiyaları keçirilir
Serbiyanın paytaxtı Banya Lukada etiraz aksiyaları davam edir.
Demedia.az xəbər verir ki, etirazçılar iki həftə əvvəl keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edir. Müxalifətçilər Müstəqil Sosial Demokratlar İttifaqının lideri Milorad Dodikin prezident seçilməsinə qarşıdır. Nümayişçilər seçkilərdə pozuntuların olduğunu irəli sürüblər. Müxalifətçilər seçkilərin qalibinin Demokratik Tərəqqi Partiyasının namizədi olan Jelena Trivic olduğunu irəli sürüblər.
Qeyd edək ki, Bosniya və Herseqovina ümumi seçkilər keçirilib. Bosniya və Herseqovina Ali Şuraya daxil olan 3 Prezident tərəfindən idarə olunur.
Bahadur Seyidov